“Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qaliblərindən biri olaraq, “Məktəblilərin sahibkarlıq haqqında təsəvvürlərinin genişləndirilməsi” adlı layihənin icrasını davam etdirir.
Layihənin əsas məqsədi təhsil sahəsində bir çox boşluq və problemlərin əsas qaynaqlarından biri olan təhsildə iqtisadi biliklərin artırılması, dünya və milli iqtisadiyyatımızla bağlı geniş biliklərin verilməsi və azad rəqabət şəraitində işləməyi bacaran sahibkarlarımızın yetişdirilməsidir. Bunun üçün əsas vəzifəmiz onların bilik və bacarıqlarının təlimlər vasitəsilə artırmaqdan ibarətdir.
Layihənin icrası müddətində rolap və kitabçalar çap olundu. Layihə çərçivəsində Qax, Zaqatala və Balakən rayonlarında maarifləndirici və təbliğedici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirin birinci hissəsində dəftərxana ləvazimatları, kitabçalar paylanılacaqdır. İkinci hissədə isə mövzu ilə bağlı müzakirələr aparılacaq, ünvanlanan suallara cavablar veriləcəkdir. Layihənin müddəti 3 aydır.