“Dolmabizimdir”çilər öz amplualarında: nəfəsləri də yalan qoxur – ZİBİLƏ DÜŞMÜŞÜK…

“Dolmabizimdir”çilər öz amplualarında: nəfəsləri də yalan qoxur – ZİBİLƏ DÜŞMÜŞÜK…
Azərbaycan mahnısı “Sarı gəlin”in kimə aid olmasına dair tutarlı sübutları görsələr belə, erməni nəşrləri yenə dəincəlmir. Məsələn, “Aravot” bu sahədə hələ də aktivlik edir. Nəşrin budəfəki “dəcəlliyi” Misir mətbuatında Azərbaycanın Şuşa şəhəri ilə bağlı məqalənin dərc olunması olub.

Qarabağ probleminin Ermənistan ilə Azərbaycan arasında ərazi münaqişəsi deyil, “Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək uğrunda mübarizəsi” olduğu rəvayətindən yenidən istifadə edilib. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı təsbit olunmuş ərazi iddialarını arqument kimi göstərməklə bu rəvayəti asanlıqla təkzib etmək olar.

Daha sonra “Aravot” Şuşanın əsas əhalisinin ermənilər olduğunu iddia edir və arqumentə baxaq: “Rus mənbələrinə görə, 1916-cı ildə Şuşada şəhər əhalisinin yarıdan çoxunu təşkil edən 23.916 erməni yaşayıb”.

Əvvəlki mənbələrə müraciət edək. Şuşanın əsası 1752-ci ildə Qarabağ xanlığının yaradıcısı və ilk hökmdarı Pənahəli Xan tərəfindən qoyulub. Bu faktı Qarabağ xanlığının vəziri və “Qarabağ tarixi” kitabının müəllifi Mirzə Camal Cavanşir Qarabaği, həmçinin “Qarabağnamə” salnaməsinin müəllifi Mirzə Adıgözəl bəy Qarabaği sübut edir.

Sonradan ermənilər bu şəhərə köçürülməyə başladılar. 1823-cü il tarixli “Qarabağ vilayətinin təsvirləri”ndə verilən məlumata görə, Şuşada 1111 azərbaycanlı, 421 erməni ailəsi yaşayırdı. Lakin 1832-ci il kameral siyahıyaalınmasının məlumatına görə, Şuşada 1698 ailənin 936-sı azərbaycanlı, 762-si isə ermənilərdən ibarət olub. Belə dəyişikliklərə səbəb 1828-1829-cu illərdə İrandan və Osmanlıdan ermənilərin kütləvi şəkildə köçürülməsi idi.

1824-cü ildə Hindistanda xidmət edib İngiltərəyə qayıdan, quru yolu ilə İran, Moskva və Sankt-Peterburqdan keçərək səyahət edən Corc Tomas Keppelin qeydlərinə görə, Şuşa əhalisinin dörddə üçünü azərbaycanlılar təşkil edirdi. O, Şuşanın 1752-ci ildə azərbaycanlılar tərəfindən salındığını da təsdiq edir.

1836-cı il tarixli “Qafqazdan kənar rus mülklərinə baxış”da göstərilirdi ki, Şuşa qalasının əhalisi 936 azərbaycanlı, 762 erməni ailəsindən ibarətdir. 1847-ci il İstinad ensiklopedik lüğətinə görə, Şuşada 940 azərbaycanlı, 770 erməni ailəsindən ibarət 10200-ə yaxın əhali yaşayırdı.

“Qafqaz təqvimi”nə görə, 1885-ci ildə Şuşada 30 min nəfər yaşayırdı ki, onların da 16 mini azərbaycanlı, 14 min nəfəri isə erməni idi. Amma 1897-ci il Ümumrusiya siyahıyaalınmasına əsasən, Şuşa sakinlərinin əksəriyyəti artıq ermənilər idi. Yuxarıdakı faktlar göstərir ki, Şuşa Azərbaycan şəhəridir və buradan yerli əhali tədricən ermənilər tərəfindən qovulub. 1905-ci və 1918-ci illərdə Şuşada azərbaycanlılara qarşı qırğınlar törədildi.

“Aravot” nəşri Şuşanin müsəlman irsi ilə bağlı güman edilən qayğını – Yuxarı Gövhər ağa məscidinin “bərpasını” qeyd edir, bundan sonra dini bina ilkin görünüşünü itirib. Bu işlər məscidi azərbaycanlı deyil, fars mədəniyyətinin nümunəsi kimi təqdim etmək üçün görülüb.

Amma “Aravot” nəşri 30 ilə yaxındır Ermənistanın işğalı altında olan ərazilərdə yerləşən digər məscidlərin taleyindən danışmamağa üstünlük verir. Axı, onlar məhv edildi və ya donuzxanaya çevrildi.

İşğal altında olan digər rayon və şəhərlərdə olduğu kimi Şuşada da erməni işğalçıları Azərbaycan xalqının tarixi keçmişini məhv etməyə, mənəvi yaddaşını silməyə çalışıblar.

Hələ orada yaşayarkən işğalçılar bu şəhəri azərbaycanlı şəhəri hesab etdikləri üçün Şuşanın tarixi-mədəni irsini məhv edirdilər. Bəs bu gün Ermənistanda insanlar bu şəhəri bilərəkdən dağıdıblarsa, Şuşanın ermənilər üçün dəyərini necə təsdiq edə bilərlər?

Müəllif: Asif Aydınlı – AYNA.az