“Bildiyin ən axırıncı bankdır bunlar…” – GİLEY

“Şikayətim “Expressbank”dandır”. Dia-az.İnfo xəbər verir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı palaşımında Rüfət Nəbiyev adlı istfadəçi giley edir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:

” “Express Bank”ın kartdan digər bank kartına köçürmə etmişəm. Məndən tətbiqdə köçürmə zamanı 6.80 manat komisya tutacağını qeyd edir.

Köçürmə edirəm. Daha sonra 17 manat komisya tutur. Zəng etmişəm operator deyir şərtdə 2,5% komisya yazılıb oxuyun. Deyirəm nə şərti ? Mənə ödənişdən öncə göstərdiyin 6.80 Azn komisya sənin şərtindi də elə. Mən o şərtə razı olub göndərmişəm. Bildiyin ən axırıncı bankdı bunlar…”