Seçkilərin nəticələrinə dair iclas başladı

Azərbaycan Milli Məclisinə 1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

Fərhad Abdullayevin sədrlik etdiyi Plenumun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair yekun qərar qəbul ediləcək.