İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzadakı Əl-Fəlah məktəb binasında HƏMAS komandanlıq mərkəzinə dəqiq zərbə endirdiyini bildirib.
Bücum hesabatı IDF Telegram kanalında dərc edilib.
“Əvvəllər Əl-Fəlah məktəbi kimi fəaliyyət göstərən kompleksin daxilində yerləşən komanda və idarəetmə mərkəzi HƏMAS terrorçuları tərəfindən IDF qoşunlarına və İsrail dövlətinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib”, – İsrail ordusu bildirib.
Hadisə nəticəsində 10-dan insanın öldüyü bildirilib.