Gənc Vətənpərvərlər İctimai Birliyin sədri,ictimai xadim Müqamət Süleyman oğlu Əliyev bildirib ki,Azərbaycan sentyabrın 19-20-də Qarabağda aparılan “antiterror əməliyyatları”nda 192 hərbçisinin həlak olduğunu açıqlayıb. Azərbaycan-Ermənistan arasında 3 il əvvəl, sentyabrın 27-də başlamış və 44 gün sonra başa çatmış İkinci Qarabağ müharibəsində həlak olan azərbaycanlı hərbçi və mülki şəxslərin Anım gününə təsadüf edir.
Azərbaycanın əməliyyatları zamanı erməni tərəfindən azı 200 nəfərin həlak olduğu deyilir, onlardan 13-ü uşaqdır, separatçı qurum açıqlayıb.
Onu da qeyd edən sədr M.Əliyev bildirdi ki,
Sentyabrın 19-u günün birinci yarısında Qarabağda dördü polis əməkdaşı, ikisi mülki şəxs olmaqla altı nəfər Xocavənddə eyni istiqamətdə mina partlaması nəticəsində həlak olduqdan sonra Azərbaycan bunu “terror aktı” adlandıraraq elə həmin gün hərbi əməliyyatlara başlayıb.
24 saat çəkən “antiterror əməliyyatları” Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırılıb.
Bundan sonra Qarabağdakı erməni birləşmələrinə məxsus olduğu deyilən silah-sursat və hərbi texnikanın təhvil verilməsinə başlanılıb.
Sosial şəbəkələrdə Azərbaycan ordusunun Xocalı, Ağdərə, Xocavənd ərazilərinə Azərbaycan bayrağını sancmasını göstərən video görüntülər yayılıb.
Hərbi əməliyat zamanı Yerevan Azərbaycanı Qarabağda “etnik təmizləmə” aparmaqda ittiham etsə də, Bakı bu ittihamları rədd edib.
Prezident İlham Əliyev bildirib ki, əməliyyat zamanı yalnız hərbi infrastruktur hədəfə alınıb.
Sonuncu Qarabağ əməliyyatlarından sonra rəsmi Bakı etnik ermənilərin təhlkəsizliyinə zəmanət versə də və Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağda erməni sakinlər üçün təhlükəli vəziyyətin olmadığını desə də, yerli əhalinin çoxu oranı tərk etməyə üstünlk verib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dediyi bu sözlər antiterror tədbirlərinin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: “Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar…
Əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni, bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu”.
Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri hazırda özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan antiterror əməliyyatları Vətən müharibəsindəki böyük Qələbənin, möhtəşəm Zəfərin davamı kimi tariximizə əbədi yazılıb.
Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur.
Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İndiyədək 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçüb.
Ötən ilin sentyabrında aparılan antiterror əməliyyatından sonra ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq xəritəsində də çox böyük dəyişiklik baş verib.
Az qala hər gün yeni bir ünvanın, yeni bir infrastruktur obyektinin bünövrəsi qoyulur, yeni bir ocaqda işıq yanır. Vaxtilə erməni quldur birləşmələrinin xaraba qoyduğu Qarabağın və Şərqi Zəngəzurun yaşayış məskənlərində abad və yaraşıqlı şəhər və kəndlər salınır, yeni-yeni ünvanlar boy göstərir.Bu şanlı Qələbə Qalib Lider, Prezident İlham Əliyevin möhtəşəm 21 illik prezidentlik fəaliyyətinin hesabat yönümlü uğurlu nəticəsi, “Heydər Əliyev İli”nə möhtəşəm, dəyərli töhfə oldu.
Misilsiz dövlətçilik təfəkkürünə malik vətənpərvər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz Gənc Vətənpərvərlər İctimai Birliyi olaraq buna inanırıq və bunun şahidi olacağıq.
Bizim yolumuz xaq yoludur,Ulu öndər Heydər Əliyev yoludur,İlham Əliyev yoludur.
İlham Əliyevlə irəli!
Gənc Vətənpərvərlər İctimai Birliyin sədri,ictimai xadim ,
Şərq Əlbəyaxa döyüş növləri üzrə
Azərbaycan Fəxri BədənTərbiyəsi və İdman işcisi Müqamət Süleyman oğlu Əliyev (Muğan)