Dunyaxeber.org.tv, Dünya Ana və Uşaqlar” ictimai Birliyinin sədri Dünyaxanım Əliyeva,birliyin,”Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Zaqatala təşkilatının sədri Xanım Nurullayeva,Nuhiyev Musa Nüsrət oğlunun ad günündə olduq. Nuhiyev Musa Nüsrət oğlu haqqında bildiyimiz bəzi məlumatları catdırmaq istəyirik. Musa Nuhiyev kimi… şəhidlərimiz bizim ulu torpaqlarımızı düşməndən azad etməklə yanaşı, üç rəngli al bayraqlarımızı da torpaqlarımıza sancaraq torpaqlarımıza təzə bəfəs verdilər. Bizim mərd igidlərimizin can qoyub, xilas etdikləri torpaqlarımızda cənnətə çevriləcək və şəhidlərin ruhları isə daima pərvazlanacaqdır…
Xatırlamaq istəyirəm, Nuhiyev Musa Nüsrət oğlu hərbi qulluqçu kimi xidmətə Ağdam rayonunun Təzəkənd kəndindən başlayıb. Hüsənli kəndində xidmətini davam etdirib. Onun döyüş yolu isə Ağdam rayonundan başlayıb, Suqovuşan, Füzuli, Xocavənd döyüşlərində mərd-mərdanə döyüşüb, yenidən Ağdam istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib, elimizin qəhrəman oğlu! Sağ qalan döyüşçü yoldaşlarının bildirdiklərinə görə Musa Nuhiyev sərrast, tərbiyəli minamyot atıcısı olmaqla yanaşı, həm də bacarıqlı kəşfiyyatçı olub. Düşmən artileriyası fasilə verən kimi Musa kəşfiyyatçılara qoşularaq düşmən mövqelərini tam dəqiqləşdirilməsində hərəkət edirdi. Müəyyənləşdirildikdən sonra isə mövqelərin atəşə tutulmasında birbaşa iştirak edir, düşməni darmadağın edirdilər…
Cəsur döyüşçümüzün son döyüşü – 16 oktyabr 2020 –ci il tarixində oldu…
Bildirirlər ki, həmin gün səhər saatlarından düşmən qüvvələri artileriya silahları, iri çaplı avtomat və pulemyotlarla Ağdam rayonunun Hüsənli kəndindəki və digər mövqelərimizi dayanmadan atəşə tuturdular. Mərmi, top yağdırırdılar. Döyüşçülərimizin komandiri olmuş Şamil Əliyevin əmrindən sonra Musa və digər minamyçularımız ermənilərin vertalyotunu vurub, yerə salıblar. Düşmən texnikasının məhv edilməsində 120 min minamyotun sərrast atıcısı Nuhiyev Musa xüsusi şücaət göstərirdi… Amma daha da azğınlaşan erməni daşnakları döyüş əməliyyatının apardığı əraziyə daha çox silah tuşlayaraq və mərmilər yağdırırlar. Düşmənlərlə yanaşı həmin döyüşlərdə bizim tərəfdə xeyli itki verir, bu, Musa və onun silahdaşları üçün son döyüş olur… Onun döyüşçü yoldaşlarının çoxu ağır yaralanırlar, Musa Nuhiyev isə aldığı qəlpə yaralarından qəhrəmancasına həlak olub. Şəhidlik zirvəsini fəth edib. Həmin döyüş əməliyyatı zamanı ən ağır yaralananlardan biri də Musa ilə çiyin-çiyinə döyüşən Şəmkir rayon sakini Qoca Namazov olub. O, həmin qızğın döyüşdə hər iki ayağını itirərək, döyüş meydanında qoyub…
…Söz yox ki, Musanın silahdaşları onların qanını yerdə qoymayıb, qisasını alıblar, düşmənə qan uddurub və onların üzərində qələbə çalıb… Zəfər, şanlı qələbə…
Tarixi torpaqlarımızın azad olunmasında xüsusilə fədakarlıq göstərmiş Musa Nüsrət oğlu Nuhiyev 16 oktyabr 2020 –ci il tarixində Zaqatala rayonunun Qımır kənd qəbristqanlığındakı Şəhidlər Xiyabanında son mənzilə yola salınmışdı. İctimaiyyət nümayəndələrinin, hərbiçilərin, böyüklü – kiçikli rayon sakinlərinin və vətənpərvərlərin iştirakı ilə…
Ölkə başçısının sərəncamı ilə Musa Nüsrət oğlu Nuhiyev “Vətən uğrunda” medalı ilə təltif olunub.
Qeyd: Vətənimizin, torpaqlarımızın azadlığı uğrunda şəhadətə qovuşan Mua Nüsrət oğlu Nuhiyevin uyuduğu əsil qəbirdən başqa, onun son döyüşdə olduğu, şəhid olduğu yerdə Ağdam rayonunun Hüsənli kəndində döyüşçü yoldaşları simvolik olaraq qəbir qazıblar. Musanın ömür yolu az olsa da, o, amansız, göylərdən od ələyən müharibədə böyük şücaət göstərib və torpaqlarımızın düşməndən azad edilməsində böyük sücaət göstərmişdi.Ruhlari şad qəbirləri nurla dolsun!Amin
Dunyaxeber.org
”Dünya Ana və Uşaqlar” ictimai Birliyinin sədri Dünyaxanım Əliyeva