ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddə şübhəli bilinən Rayan Uesli Rut Ukrayna ordusuna qoşulmağa çalışsa da, başdanxarab hesab olunduğu üçün qəbul edilməyib.
Yu barədə “Nyu York Post” Ukraynadakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Rut Ukrayna ordusunun Xarici Legionuna qoşulmağa çalışıb, lakin onun istəyi rədd edilib.
“Rut çılğın axmaq idi, amma bu, təəccüblü deyil. Ukraynada əllərindən gələni etməyə və vacib olduqlarını göstərməyə çalışan belə şəxslər çoxdur. Amma Rut çox ağılsız idi”, – mənbə bildirib.
Hətta başqa bir muzdlu onu həddən artıq şübhəli və təhlükəli hesab edib.
İmtinadan sonra Rut özbaşına keçmiş əfqan hərbçilərindən ibarət könüllü toplamağa cəhd edib, lakin ona bunu etməyə də imkan verilməyib.