Cahangir Əskərovun qızları İngiltərədəki şirkətlərinin adlarında etdiyi “rokirovka” – Zamira Hacıyeva olayının verdiyi dərs?

“AZAL”ın keçmiş prezidenti Cahangir Əsgərovun qızları İngiltərədəki şirkətlərinin adında dəyişikliklər ediblər. Dəyişikliklər deyəndə ki, “Əlinin papağını Vəlinin, Vəlinin papağını da Əlinin başına qoyub” iz azdırırlar.
Belə ki, 2017-ci ildən fəaliyyət göstərən GAZELLI INTERNATIONAL LIMITED şirkəti bundan sonra SOROKA LIMITED adı ilə fəaliyyətini davam etdirəcək.
TEREF yazır ki, bu iddia ilə müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli dodisl şəbəkələrdə çıxış edib.
Cavanşir Həsənli yazdıqlarını rəsmi sənədlərlə təsdiqləyərək yazır:
2019-cu ildə SOROKA LIMITED adı ilə qeydiyyatdan keçmiş şirkət isə bundan sonra GAZELLI INTERNATIONAL LIMITED adı ilə fəaliyyətini davam etdirəcək. Dəyişikliklər ötən ayın 21-də təsdiq edilib.
Əsgərovlar ailəsi bundan əvvəl də digər iki şirkətlə bağlı eyni rakirovkanı həyata keçiriblər. 2021-ci ilin yanvarından MRCR ART LIMITED şirkəti GAZELLI ART HOUSE LIMITED, GAZELLI ART HOUSE LIMITED şirkəti isə MRCR ART LIMITED adına dəyişdirilib.
İndi təsəvvür edin, Cahangir Əsgərov “AZAL”da nə labirintlər qurub. Məsələn, hətta ola bilər ki, Cahangir Əsgərovun adı Samir Rzayev, Samir Rzayevin adı isə Cahangir Əsgərov olaraq dəyişdirilib.



Mənbə