Böyük Britaniya Xarici İşlər Nazirliyi İranın Londondakı müvəqqəti işlər vəkili Əli Mətinfəri çağırıb.
Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb İran tərəfdən ballistik raketlərin Rusiyaya ötürülməsi iddiasının olmasıdır.
“Böyük Britaniya hökuməti ballistik raketlərin Rusiyaya hər hansı təhvil verilməsinin təhlükəli eskalasiya sayılacağını və əhəmiyyətli cavab veriləcəyini açıqlayıb”, – məlumatda qeyd olunub.