ZƏFƏR MURTUZƏLİYEV DOSTLARINI XİLAS EDƏN QƏHRƏMANLARDANDIR

Dunyaxeber.org.tv, Dünya Ana və Uşaqlar” ictimai Birliyinin sədri Dünyaxanım Əliyeva,birliyin,”Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Zaqatala təşkilatının sədri Xanım Nurullayeva,Şəhidimiz haqqında daha çox məlumat əldə etmək üçün onun son yaşadığı evdə, anasının qonağı olduq. Və şəhidimiz haqqında anası Əzizə xanımla xeyli söhbət etdik: oğlum Murtuzəliyev Zəfər Ramazan oğlu 1973-cü il martın 15-də Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. İlk təhsilini Qımır kənd orta məktəbində almağa başladı, 4-cü sinifi bitirdikdən sonra isə, Zaqatala şəhər 1 saylı orta məktəbdə təhsilini davam etdirib. Hazırda həmin məktəb oğlumun, Murtuzəliyev Zəfərin adını daşıyır. Ailədə 2 oğlan 3 qiz olublar. Zəfər ailəmizin böyük oğlu olub. Zəfər orta məktəbi bitirdikdən sonra 20 yanvar hadisəsi olmuşdu. 1991-ildə Sovet Ordu sıralarına, Qazağıstana hərbi xidmət etməyə gedib. Qazağıstanda 1 il 5 ay xidmət etdikdən sonra geriyə vətənə döndü. 1993-cü ildə isə könüllü olaraq, Qarabağa, müharibəyə getdi. Dekabr ayında 10 günlük məzuniyyətə gəlmişdi. Qantuziya aldığına görə Komandirləri ona 10 günlük icazə vermişdilər. 1994-cü il yanvarın 26-da Füzuli rayonu ətrafında gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. Komandirləri deyirdi ki, Şişqaya uğrunda gedən döyüşlərdə şəhid olub. Fevral ayının 3-də Zaqatala rayon Fevral ayının 3-də Zaqatala şəhər qəbirstanlığında dəfn olunub. Oğlumun uşaqlıqdan ürəyində qorxu olmayıb. Bilsəydi ki, gedəcəyi yerdə öləcəkdir, yenə ora gedərdi. Atası Ramazan kişi radioda oçerkə qulaq asıb, orada deyiblər ki, Zəfər adlı bir oğlan öz dostlarının yolunda özünü ölümə atıb. Ramazan kişi bu hadisədən çox təsirlənmiş və deyib ki, evə gəlim əgər oğlum olarsa adını Zəfər qoyacağam. Ramazan kişi elə də, etdi, oğlunun adını Zəfər qoydu. Zəfərin bir xasiyyəti vardı hələ məktəbdə oxuyan vaxtı məktəbdə bütün işləri özü görərdi. Divar qəzetlərini də, o, çıxarırdı. Sanki bilirdi ki, illər ötəcək və məktəb onun adını daşıyacaqdır. Zəfərin adını daşıyan məktəb, “Zaqatala şəhər bir saylı tam orta məktəbi” hər il yanvarın ayının 26-da şəhidə həsr olunan tədbir keçirirlər.  Zəfərin Birinci Qarabağ savaşında göstərdiyi qəhrəmanlıq Dövlət başçısı tərəfindən də, qiymətləndirilib. Belə ki, Murtuzəliyev Zəfər Ramazan oğlu ölümündən sonra 15.01.1995-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Ağcabədi, Füzuli, Xocavənd və son döyüşü olan Şişqaya uğrunda gedən döyüşlərdə fəal iştirakına görə Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib.   Zəfər kimi şəhidlərimizin etdiyi qəhrəmanlıqlar bundan sonra da, gələcək nəsillər üçün bir qəhrəmanlıq nümunəsi olacaqdır.Azərbaycanın parlaq gələcəyinə inamı daha da möhkəmləndirir. Gələcək nəsillər Zəfərərin  həyat hekayəsini oxuyaraq, onun qəhrəmanlığından və vətənpərvərliyindən örnək alacaqlar.

Dunyaxeber.org

”Dünya Ana və Uşaqlar” ictimai Birliyinin sədri Dünyaxanım Əliyeva

ZƏFƏR MURTUZƏLİYEV DOSTLARINI XİLAS ETMƏK NAMİNƏ CANINDAN KEÇƏN QƏHRƏMANLARDANDIR.