Bir sıra ölkələrin rəhbər şəxsləri Kiyevə səfər edib

 Litva Prezidenti Gitanas Nauseda, Latviyanın Baş naziri Evika Silina və Çexiya Parlamenti Senatının sədri Miloş Vıstrçil Ukraynada səfərdədir.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Onlar Kiyevdə keçiriləcək Krım Platformasının sammitində iştirak edəcəklər.

Bundan əlavə, ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin də paytaxta səfəri gözlənilir.