Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı

 Tacikistanın Moskvadakı səfirliyi sərhədlərdə nəzarətin gücləndirilməsi ilə əlaqədar respublika vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Bu barədə diplomatik nümayəndəliyin məlumatında bildirilib.

“Rusiyada quru və hava keçid məntəqələrində xarici vətəndaşların dövlət sərhədindən daxil olmasına nəzarətin gücləndirilməsi rejimini nəzərə alaraq, Tacikistanın Rusiyadakı səfirliyi vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfər etməkdən çəkinməyi tövsiyə edir”, – məlumatda qeyd olunub.