Neçə müddətdir ki, Şərur Regional Tibb Mərkəzində baş verən qanunsuzluqlardan, xüsusən də bu qurumun rəhbəri Bayram Mikayılovun ölçüyəgəlməz əməllərindən ictimaiyyəti məlumatlandırmaqdayıq. Dia-az.İnfo xəbər verir ki, bu kimi fakt təqdimatları bundan sonra da davam edəcək…
Bu arada isə redaksiyamıza Bayram Mikayılovun yeni “kadr islahatları” ilə bağlı informasiya daxil olub.
Naxçıvandakı mənbələrdən aldığımız bilgiyə görə, Mikayılov cənabları nədənsə əndişə keçirir və tələsik surətdə kadr “islahatları” həyata keçirir.
Mənbə bildirir: “Bayram Mikayılov son sürətlə xəstəxanaya işçi götürməyə davam edir. Bu gün (dünən nəzəedə tutulur -red.) işə götürülən 2 mühafizəçidən 5 min manat alınaraq işlə təmin edilib…”
Mənbə iddia edir ki, bu addımlar daha çox tələsik pul qazanma niyyətinə bənzəyir…
Məsələ diqqətimizdədir.