” “Təmiz Qaz” QSC tərəfindən 2024-cü il ərzində güya sayğacın giriş və çıxışında respublika üzrə 75.000 dən artıq sızma aşkar edilmiş sayğacın flyans birləşməsində olan plomb qırılmış və yenisi ilə əvəz edilmişdir. Qeyd edək ki, aşkar edimiş hər sızma və onun icrasina görə “Azəriqaz” İB tərəfindən “Təmiz Qaz” QSC təkilatına müəyyən olunmuş vəsaitlər ödəyir….” Dia-az.İnfo xəbər verir ki, bu ilginc fakt “Azəriqaz” işçiləri tərəfidən ictimailəşib.
Məlumatda daha sonra deyilir: “İndi gəlin görək bu sızmalar və sızmanın aradan qaldırlması üçün görülən işlər, İstifadə olunan Qaz İstismar xidmətlərinin metroloq mühəndislərindən götürülmüş işin icrası üçün yazılan nömrəli ,3 nüsxəli aktlar, və plastik plomblar düzgün istifadə olunubmu, Birmənalı şəkildə hamısı saxta yanlış yerə istifadə olunmuş hesab edirik.
“Təmiz Qaz”ın əməkdaşları ərazidə boş yerə sızma olmadan plombu qırıb və vətəndaş olmadan belə sayğacı plomblayır. Buna misal olaraq bir ipucu veririk… Tutaq ki, 800 abonentlik bir kənddir və “Təmiz Qaz”ın qrafikində bu kənd 5 iş günü ərzində yoxlanılmalıdr. Kəndin girəcəyində və ya sonunda 50 sayğacın plombu qırılır və yenidən plomblanır səbəb? Kəndin ortasında axrında sızma yox, ancaq kəndin girəcəyinə elə sızma olsun? Əgər sızma realdırsa bir kənddə niyə ora baxan nəzarətciyə tədbir görülmür?
Qeyd edək ki, 9 iyul 2014-cü il tarixində əsası qoyulan “Təmiz Qaz” layihəsi 2016-cı ilin mart ayından etibarən müstəqil şirkət kimi fəaliyyətə başlamışdır. Hazırda “Təmiz Qaz” QSC müxtəlif müəssisə və təşkilatların sifarişi əsasında Azərbaycan Respublikasının şəhər və rayonlarında geniş spektrli xidmətlər həyata keçirir
“Təmiz Qaz” QSC-nin başlıca fəaliyyət sahələri xarici yeraltı, yerüstü qaz kəmərlərinin və üzərindəki qaz avadanlıqlarının, texnoloji (qaz, su, telefon, kanalizasiya) quyularının qabaqcıl vasitələrlə texniki baxışının keçirilməsi, sazlama və təmir işlərinin yerinə yetirilməsini əhatə edir”.
Hər halda bu faktların hüquq-mühafizə orqanları tərəfindən araşdırlması vacibdir…