Dunyaxeber.org.tv, Dünya Ana və Uşaqlar” ictimai Birliyinin sədri Dünyaxanım Əliyeva,birliyin,”Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Zaqatala təşkilatının sədri Xanım Nurullayeva,1-ci Qarabağ müharibəsi şəhid Murtuzəliyev Zəfərin anası Əzizə xanım,şəhid Hamısıahyarov Hüseyn anasi Səlminaz xanım, Şuşa Fatehi, Şəhid XTQ zabiti Asəf Ağayevin atasi Abid bəy ağir əməliyyatdan gəldiyinə görə ailəsini zyarət edilməsi, ailədə ruh yüksəkliyi yaratmışdır. Şəhidimizin Atası,gözəl insan,dəyanətli El atası Abid Agayevlə görüşüb xeyli söhbətləşdik.Abid bəy oğlu Asəfin hələ erkən yaşlarından hərbi sahəyə olan həvəsindən böyük həvəslə və qürurla Vətən uğrunda,onun itirilmiş torpaqlarının düşmən işğalından azad olunması haqqinda ağiz dolusu söhbət açdı.
Ağayev Asəf Abid oğlu 1993-cü il, noyabrın 24-də Qax şəhərində anadan olub. 2000-ci ildə Qax rayonunda orta məktəbə gedib. Onun uşaqlıqdan hərb işinə böyük marağı vardı. Buna görə də, anasının ürəyindən olmasa da, 9-cu sinifi bitirdikdən sonra 3 il Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. Hərbi liseyi yüksək nəticə ilə bitirdikdən sonra Heydər Əliyev adına Bakı Ali Hərbi Akademiyasına daxil olub. Oranı da müvəffəqiyyətlə başa vurduqdan sonra 5 dil bilən Asəf Azərbaycanın Ordu sıralarında xidmət etməyə başlayıb.
Onda hərbə marağı atası oyadıbmış. Azərbaycan Ordusunun zabitinin atası Abid Ağayev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən müharibəsinin ilk günlərindən başlayaraq, Füzulidən Şuşaya qədər döyüş yolu keçən Asəf üçün ailəsi qurban da kəsmişdi müharibədən sağ-salamat çıxdığı üçün. 16 dekabrda məzuniyyətlə evlərinə qayıtmalı imiş. Amma erməni terrorçuların həyata keçirdiyi təxribat onun yenidən vəzifəsinin başına qayıtmasına səbəb oldu. Ailə üzvləri ilə olan sonuncu yazışmasında hələ bir neçə erməni yaraqlısının Qarabağda qaldıqlarını və onları məhv etməli olduqlarını qeyd edib. Ailəsi onun dekabrın 16-da geri qayıdacağını gözləsə də, o, 18-də qayıdır, amma şəhid kimi…
Asəfin şəhadəti xəbəri hər kəsi çox sarsıdır. Axı o, qalib ordunun müzəffər əsgəri idi. Axı Asəf müharibənin odunun-alovunun içindən çıxmışdı. Əvvəlcə heç kim xəbərə inanmaq istəmir. Amma….
Atası xəstə olduğu üçün pis xəbəri ondan gizlətməyə çalışmışdılar. Amma nə qədər? “Pis xəbər tez yayılar” misalında deyildiyi kimi, gecə olan hadisənin sorağı səhəri gün Azərbaycanın hüdudlarını da aşdı. Türkiyədə də Asəfdən danışıldı. Şəhadətindən əvvəl olduğu kimi şəhadətindən sonra da hər kəsi bir yerə topladı. Minlərlə insan onun cənazəsini qarşıladı və yola saldı.
Asəf Azərbaycan Silahlı Qüvvələrinin müharibədən sonra, Qarabağda antiterror əməliyyatı keçirilərkən dekabrın 17-də Xocavənd rayonunda içində olduğu avtomobilin minaya düşməsi nəticəsində şəhid olub.
Zabitimiz özünün “igidlərin yatdığı yer” adlandırdığı Qax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Şuşa cəngavəri Asəf Ağayev şəhadətindən sonra “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Alah rəhmət eləsin!
Dunyaxeber.org
”Dünya Ana və Uşaqlar” ictimai Birliyinin sədri Dünyaxanım Əliyeva