ABŞ Tehranı “qıcıqlandırmaq” istəmir – NYT

 İran çox güman ki, Rusiyaya bir neçə yüz yaxın mənzilli ballistik raket verib. Ağ Evin hədələyici bəyanatlarına baxmayaraq, ABŞ-ın bu hadisəyə reaksiyası çox güman ki, ləng olacaq.

Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, G7 ölkələri hələ mart ayında İranın ruslara raket ötürəcəyi təqdirdə ona qarşı razılaşdırılmış sanksiyalar tətbiq edəcəkləri barədə xəbərdarlıq etmişdilər. Bu xəbərdarlıq iyulda NATO-nun Vaşinqtonda keçirilən sammitində də təkrarlanıb.

Lakin təhdidlərə baxmayaraq, Prezident Co Baydenin təmkinli olmaq üçün bir çox səbəbi var. Məsələn, ABŞ Qəzzadakı müharibənin regional münaqişəyə çevrilməsinin qarşısını almaq üçün aylardır İranla balanslı diplomatiya aparır. Vaşinqton Tehranla onsuz da çətin olan münasibətləri, xüsusən də ABŞ seçkiləri fonunda, pisləşdirmək istəmir.



Mənbə