Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə fəda etməkdi.
Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, vətən uğrunda candan keçməyin nə olduğunu öyrətdi. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur… Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı fəxr edir. “Bu Vətən bizimdir” deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanıyaq.Söhbət acdığımız, Zaqatala rayonu Faldar kənd sakini Səmədov Cövdət Cavad oğludur.Şəhidimizin bacısı Səlminaz xanımla söhbət etdik.Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Faldar kəndinə yollandıq.Bizi məktəbin direktoru Faldar kənd C.Səmədov adına tam orta məktəbinin Direktoru Bayramov Elçin müəllim qarşladı və Səmədov Cövdət Cavad oğlu haqqinda məlumat verdi.
Səmədov Cövdət Cavad oğlu 1970-ci il iyunun 12-də Zaqatala rayonunun Faldar kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-85-ci illərdə Faldar kəndində 8 illik və 1987-ci ildə Qandax kənd orta məktəbini 9-10-cu sinifini bitirmişdir. 1988-90-cı il Leninqrad şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərlikdən gələndən sonra Texnikuma qəbul olub. Cövdətin uşaq yaşlarından idmana çox marağı olmuşdur. Bu səbəbdən o Bakı bədən tərbiyəsi texnikumunun qiyabi şöbəsinə daxil olmuşdur. Texnikumu bitirdikdən sonra Faldar və Qandax kəndlərində bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərmişdir. 1992-ci il dekabrın 22-də könüllü olaraq, Qarabağa, cəbhəyə yollandı. Cövdət Vətən uğrunda gedən döyüşlərdə cəsarətlə iştirak etmişdir. O, Ağdamda ,Tərtərdə, Füzulidə qəhrəmanlıq göstərərək, vuruşmuşdur. Subay olub. Bu gün Faldar kənd orta məktəbi şəhidin adını daşıyır. Sonra Səlminaz xanım qardaşının şücaətindən danışdı.Sonda”Dünya Ana və Uşaqlar” ictimai Birliyinin sədri Dünyaxanım Əliyeva,birliyin Zaqatala rayon üzrə sədri Xanım Nurullayeva,Şəhidimizin bacısı Səlminaz xanıma səbr ,dözm ,can sağlığı arzu etdilər.Bütün şəhidlərimizin məkanları cənnət olsun!
Dunyaxeber.org
”Dünya Ana və Uşaqlar” ictimai Birliyinin sədri Dünyaxanım Əliyeva