Türkiyənin bu ərazisində meşə yanğını başladı

 Türkiyənin Muğla vilayətinin Menteşe rayonundakı meşəlik ərazidə yanğın başlayıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, bölgəyə yanğınsöndürən briqadaları cəlb edilib. Yanğınsöndürənlər yanğını nəzarət altına almaq üçün həm havadan, həm də qurudan müdaxilə etməyə başlayıb.