Şəhid Alahyarov Hüseyn Ələkbər oğlu anasının xatirələri

”Dünya Ana və Uşaqlar” ictimai Birliyinin sədri Dünyaxanım Əliyeva,birliyin Zaqatala rayon üzrə sədri Xanım Nurullayeva,1 çi Qarabağ Şəhidimiz Alahyarov Hüseyn Ələkbər oğlunun anasi Səlminaz xanımın qonağı olduq.Səlminaz xanım Şəhidlik zirvəsinə ucaldılan, Hüseynin sonsuz kədər hissiylə, ürək yanğısı ilə qəhrəmanlığından danışdı.

Birinci Qarabağ müharibəsində qəhrəmancasına Şəhid olmuş, Alahyarov Hüseyn Ələkbər oğlunu gəlin tanıyaq: Alahyarov Hüseyn Ələkbər oğlu 1975-ci il mayin 4-də Zaqatala şəhərində anadan olub. 2 nömrəli internat məktəbinin 8-ci sinfini bitirib. Sonra paytaxt Bakı şəhərində Makarenko adına hərbi liseydə oxuyub, oradan isə 16 yaşında müharibəyə gedib. Könüllü olaraq, Zaqatala batalyonuna qoşulub. 1997-ci il mayın 27-də, isə qəhrəmancasına şəhid olub.

Ailədə 8 övlaq olublar, 4 qiz 4 oğlan. 1990-cı ıldə atası Ələkbər rəhmətə gedib və uşaqlar atasız böyüyüblər. Müharibə təkcə orduların üz-üzə gəlməsi, kəndlərin, şəhərlərin viran qalması deyil, o, yalnız döyüş meydanlarındakı vuruşmalarla bitmir. Müharibə qan, ölüm olduğu üçün həm də qəmdir, kədərdir, göz yaşlarıdır.

 Müharibə faciədir, onun talelərdə çox dərin izləri, qəlblərdə acı çöküntüləri qalır. Danışdığımız hekayət müharibənin verdiyi fəsadlar dəryasında bir damla olsa da,  hamının dəqiq bildiyi bir həqiqət var. Muharibənin qoyduğu bu izlər illər, bəlkə də onilliklər boyu itməyəcək.

Odur ki, vətənin dərdi hamımızın, hər birimizin ağrısı isə Vətənindir.Şəhidlərimizin ruhu şad yerləri cənnət olsun!

Dunyaxeber.org

”Dünya Ana və Uşaqlar” ictimai Birliyinin sədri Dünyaxanım Əliyeva