Dünya miqyasında xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur.
Bu rəqəmin 2030-cu ilə qədər 21 milyona çatması gözlənilir.
Təşkilatın hesabatına bildirilir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb.
Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez aşkarlansa, xəstənin sağalma ehtimalı da yüksək olur. Amma Azərbaycan səhiyyəsində elə bir vəziyyət yaranıb ki, müraciət edən xəstələrin vəziyyətindən əvvəl əlinə və cibinə baxılır.
Maddi vəziyyəti ağlabatandırsa, xəstəliyi vaxtında aşkar olunur, deyilsə, həmin xəstə evi ilə xəstəxana arasında yollarda qalır, get-gələ salınır.
Bu vəziyyəti yaşayan yüzlərlə vətəndaşlar durumdan narazılıq ifadə edir.
Bu görüntülər də 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Kəmaləddin Qafarovun de-fakto rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində lentə alınıb.
İllərdir ki, Milli Onkologiya Mərkəzinin hesabına milyonlar qazanan Kamaləddin Qafarov sərvətini qorumaq üçün 1 sentyabr parlament seçkilərində yenidən deputat mantatı əldə etmək istəyir.
Yeri gəlmişkən bu barədə əvvəllər də saytımızda materiallar dərc olunub. Bizi yenidən mövzuya qayıtmağa vadar edən isə, sözügedən müəssisədə proseslərin eyni qaydada aparılması, bu qədər müraciət və şikayətlərə rəğmən vəziyyətin olduğu kimi qalmasıdır.
Mənbə:arqument.az