Ukraynanın ədliyyə, strateji sənaye, ekologiya nazirləri və dövlət əmlak fondunun rəhbəri istefa verib.
Bu haqda “UNİAN” məlumat yayıb.
Strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska və Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets istefa veriblər.
Bundan əlavə, Rada rəhbəri Dövlət Əmlak Fondunun rəhbəri Vitali Kovaldan istefa ərizəsi aldığını da açıqlayıb.
Qeyd olunub ki, məmurların ərizələrinə Ali Radanın növbəti iclaslarının birində baxılacaq.