Rusiya qoşunlarını geri çəkəndə vurmalıyıq – Volker

 Ukraynanın Kursk vilayətinə hücumu onu göstərir ki, Rusiya eyni anda həm hücuma keçə, həm də müdafiə olunmağı bacarmır.

Bu sözləri ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker deyib.

“Rusiya eyni zamanda Ukraynaya hücum edib, özünü müdafiə edə bilməz. O, seçim etməlidir.

Rusiya ərazilərini qorumaq üçün qoşunlarını Ukraynadan çıxarmalı olacaq və burada biz hərəkət olan rus qoşunlarını vurmaq üçün uzaq mənzilli sistemlərdən istifadə etməliyik”, – deyə o bildirib.