NAXÇIVANDA TİKİNTİ BİZNESİ DAVASI – İLGİNC TƏFƏRRÜAT

onun SAĞ ƏLİ hesab olunan və bu “əl” hesabına neçə-neçə sahibkarın başı əzilən İsmayıll Əhmədov arasında ciddi problemlər yaranıb. Bunu yuxaırdakı məqalədən də eşitdik. Buna qədər də yerli KİV-də bu ədavəti sübutlayan fakt açıqlanmışdı. Onu da xatırladırıq. Bu barədə tanınmış jurnalist Samir Feyruzov qeyd edirdi:

“Bir neçə gün bundan öncə tns.az saytı belə bir məlumat yaydı ki, Naxçıvanda yüksək vəzifəli bir şəxs hansısa iş adamının bahalı “Land Rover Defender” markalı avtomobilini ələ keçirib və sahibinə geri qaytarmır. Bu məsələ bir neçə sayt tərəfindən və sosial şəbəkələrdə geniş tirajlanandan sonra tns.az saytı təkrar məlumat yaydı ki, problem həllini tapıb və avtomobil saibinə geri qaytarılıb.
Amma maraqlıdır ki, təqdim olunan nə birinci, nə də ikinci materialda maşının sahibinin və avtomobili ələ keçirən yüksək vəzifəli şəxsin kimliyi barədə heç bir məlmat verilmir.
Məsələ diqqətimi çəkdi və araşdırdım.
Bəlli oldu ki, “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-nin rəhbəri, iş adamı İsmayıl Əhmədov “Lan Rover Defender” markalı avtomobili salondan sıfır vəziyyətdə alaraq, Naxçıvandakı səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə verib.
Bir müddət əvvəl hər iki şəxsin münasibətləri çox yaxşı olub, Naxçıvanda birlikdə layihələr icra ediblər. İndi aldığım məlumata görə isə onların münasibətləri kəskin şəkildə pisləşib və bundan sonra İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmalı olub. Çox güman ki, avtomobilin geri alınması tələbi də məhz bundan sonra gündəmə gəlib.
Qeyd edim ki, fotodakı “Land Rover Defender” zirehlidir, qiyməti 250 min avrodan çoxdur…”

***

İndi isə aydın olur ki, Fuad Nəcəfli artıq Naxçıvanda “inqilabi dəyişiklikləri” başa çatdırdığını zənn etdiyindən əski inqilabçılar kimi davranaraq özünün KOMANDA YOLDAŞLARINI əzməyə başlayıb.

Yeni faktları növbəti yazıda təqdim edəcəyik… bizi izləyin…

Dia-az.İnfo