`Baktelekom` abunəçilərə BELƏ HÖKM EDİR… – GİLEY

” “Baktelecom”, binada internet yoxdur, xeyirdir inşallah…” Dia-az.İnfo xəbər verir ki, bu etirazla ictimai fəal Elnurə Abuşova çıxış edib. Qeyd edək ki. son günlər, dhaa dəqiqi internetin tarifləri bahalaşandan sonra ölkə üzrə anoloji rpoblemlər, yəni internetin tez-tez kəsilməsi, sürətin zəifləməsi halları artıb ki, bu da sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunmaqda, etirazlara nədən olmaqdadır.

Dia-az.İnfo bildirir ki, sözügedən müzakirələr zamanı jurnalist Könül Ayxan isə başına gələnləri belə nəql edir:

“Bizdə çox pis vəziyyətdə işləyir…
“Baktelecom”… avqust ayında ayın 1-i 21 manat ödədiyim halda, avqustun 5-i internetimi kəsdiniz. Yenidən ödəməli oldum. Sizdən şikayətçiyəm, ödəniş etdiyim halda məni internetsiz qoydunuz. İndi zəhmət çəkin (bir ayda iki dəfə ödəniş etmişəm) bu aya həmin ödənişi yazın…”

Sosial şəbəkə istifadəçisi Ramil Vəliyev isə bunları yazır: ” “Baktelekom”a zəng edib, istədim deyim ki “gəlin, götürün şələ-külənizi… istəmirəm sizin interneti…” Gördüm ki, növbədə 45-ci idim… Dəstəyi asdım…”

Dia-az.İnfo