“Bakı Sığorta” YALNIZ GERİYƏ GEDİR… – BU DA FAKT!!!

Ölkədə sığorta şirkətlərinin işi düzgün qurulmayıb. Şirkətlər elə bilir ki, vətəndaşın işi yalnız sığorta haqqı ödəməkdir. Məsələn, zərərin qiymətləndirilməsi mərhələsinə çatanda həmin müəssisələr adekvat davranmır. Ödənişlərin həcmi ildən-ilə artsa da, şikayətlərin bolluğu hər dəfə daha çox diqqət çəkir. İşin düzgün təşkil edilməməsi həmişə narazı mühit yaradır.
Bizimyol.info xəbər verir ki, Mərkəzi Bankın hesabatlarında daha çox şikayətlə üzləşmiş sığorta şirkətlərinin adları çəkilir. Son vaxtlar “Bakı Sığorta”nın adı xüsusilə hallanmağa başlayıb. Hiss olunur ki, müştərilərin şirkətə inamı sarsılıb. Çünki yığımların həcmi sürətlə azalır.

“Bakı Sığorta” yanvar-iyul aylarında 1 milyon 435 min manat sığorta haqqı toplayıb. 2023-cü ilin ilk 7 ayı ilə müqayisədə 55,3 faiz azalma nəzərə çarpır. Yəni 1 milyon 778 min manat daha az toplanıb.

“Bakı Sığorta” yanvar-iyul aylarında 1 milyon 112 min manat ödəniş həyata keçirib. 2023-cü ilin həmin dövrü ilə müqayisədə 27,5 faiz azalma var.

Pis işləyən şirkət başqa cür cəzalandırıla bilməzdi. Müştərilər kəskin azalıb. Hər hesabat dövründə yığımın azaldığı diqqət çəkir. Sanki şirkət uzun müddət belə davam gətirə bilməyəcək.

“Bakı Sığorta”nın böhran yaşamasının daha bir sübutu iki səhmdarının payını satmasıdır. “Bank Respublika” şirkətin səhmlərini almağa həvəsli görünür. Hər halda bankın payı dayanmadan artır.

“İpək Yolu Sığorta”nın işindən isə heç baş açmaq olmur. Şirkətin yığımının həcmi ödənilən məbləğlərdən 20,5 dəfə çox alınıb. Bunun necə baş verdiyini təsəvvür etmək olmur. “İpək Yolu Sığorta” ilin ilk 7 ayı ərzində 4 milyon 875 min manat toplayıb. Amma cəmi 237 min manat ödəniş həyata keçirildiyi görünür. Belə çıxır ki, müştərilərin müraciətlərinin əksəri müsbət cavablandırılmayıb.

Ümumiyyətlə, böhran yaşayan şirkət az deyil. Şirkətlər daha çox ödənişlərdən kəsməklə həyatda qalmağa və ya güclənməyə çalışırlar.