İran Prezidenti Məsud Pezeşkian dünən axşam ilk dəfə geniş müsahibə verib.
Bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, dövlət televiziyasında xalq qarşısında çıxış edən prezident bildirib ki, Dövlət Radio-Televiziyasında çıxış etmək istəsə də, protokola əsasən müsahibə Prezident Administrasiyasında aparılıb.
Məsud Pezeşkian prezident seçkisi zamanı xalqa verdiyi vədlərə toxunaraq deyib: “Mən xalqın etimadına görə təşəkkür edirəm və söz verirəm ki, dediklərimi unutmayacağam”, – Pezeşkian bildirib.
Qeyd edək ki, Pezeşkianın vədlərindən biri də İrandakı azərbaycanlıların ana dilində təhsil almasının təmin edilməsidir.