Rusiya ordusu Donetsk vilayətinin Pivniçnoe (Kirovo) kəndini işğal edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mərkəz” qoşun qruplaşmasının bölmələri Donetskin Kirovo yaşayış məntəqəsini azad edib və düşmənin müdafiəsinin dərinliklərinə doğru irəliləməyə davam edir”, – məlumatda bildirilib.
Vurğulanıb ki, Kirovo (Pivniçnoe) Dzerjinsk (Toretsk) şəhərinin şərq ətrafı şəhər aqlomerasiyasının bir hissəsidir. Bu qəsəbənin nəzarət altına alınması 2014-cü ildən bəri inkişaf etmiş dəmir yolu şəbəkəsi ilə Ukrayna Silahlı Qüvvələrinin güclü möhkəmləndirilmiş ərazisinə çevrilmiş Dzerjinskinin özünə nəzarəti ələ keçirməyə imkan verəcəkdir.