Bu gün baş verən avtobus qəzasında riyazi qanunauyğunluqlar – ELMİ-LƏDUN

Xəbər verldiyi kimi, bu gün (29.08.24) Quba-Xaçmaz yolunda fəhlələri daşıyan avtobus qəzaya uğradı. Nəticədə bir nfər dünyasını dəyişdi, 12 nəfər isə, ağır yaralandı (ölənə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik). Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən qəza təsadüfü olmayıb (Quran məntiqinə görə həyatda təsadüf olmur), xüsusi qanunauyğunluğa tabedir. Hadisənin hikməti ondan ibarətdir ki, riyazi yolla özündən əvvəlki avtobus qəzalarına bağlanır və Allahdan xalqımıza növbəti xəbərdarlıq mesajıdır. Bunu sübut edən riyazi hesablamaları təqdim edirik:

1) Yadınıza salaq ki, 08.05.24 tarixdə Goranboyda fəhlə daşıyan avtobus qəzaya uğradı. Bu gün baş verən avtobus qəzası həmin qəzanın 114-cü (!) günü baş verib ki, bu da hər iki hadisənin Allahın elminə (kitabına) bağlı olduğunu göstərməklə, Yaradanın xəbərdarlıq mesajı olması barədə söylədiyimiz fikri təsdiq edir.

2) Xaçmazda baş verən bu avtobus qəzası Səlyanda (18.11.23 tarixdə) baş verən və 11 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzasının 286-cı günüdür ki, bu da orjinal (Kəəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayıdır. (Bildiyimiz kimi, XVII əsrə qədər Quran əl ilə köçürülmüş və həmişə format elə seçilmişdir ki, mətn 286 səhifəyə yerləşdirilmişdir. Bu ədədin hikməti barədə əvvəlki yazılarımzda bəhs etmişik. Sonradan Quran çap edilərkən heç bir nöqtə, vergül belə dəyişməsə də, kağızın ölçüsü (formatı) dəyişdi ki, bu da səhifələrin artmasına səbəb oldu.) 286 ədədi Yaradanın rəqəmsal imzası olaraq, bütün təbii fəlakətlərin və qəzaların üzərində görünməkdədir. Bu günkü avtobus qəzası üzərində də bu ədədin görünməsi, hadisənin Allahdan bir xəbərdarlıq mesajı olması barədə verdiyimiz xəbəri bir daha təsdiq edir.

3) Bu gün (Xaçmazda avtobus qəzası baş verəndə) avqustun 2-də Sumqayıt yolunda iki avtobusun toqquşmasının 27-ci günüdür ki, bu da Xaçmazın seriyasıdır (!).

“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84

Nəticə: 27 ədədi həm də Quranın “Qarışqalar” surəsinin rəmzidir. Qarışqa isə, xalqa işarə olduğundan, bu qəza ilə Allah xalqa mesaj verir. Günümüzün mənzərəsi ondan ibarətdir ki, xalqın böyük əksəriyyəti Allahdan qorxmadığından, pis əməllərdən, günah işlərdən çəkinmir… Küçədə bir polis serjantını, yaxud, özündən rütbəcə böyük birini görəndə qoxusundan özünü düzəldən (çəkinən) insanlar Allahdan qətiyyən qorxub özlərini yığışdırmırlar. Halbuki, Allah onları nəinki küçədə, evdə yatdığı yerdə də görür… Buna baxmayaraq, xalqımızın böyük əksəriyyəti vəzifəli şəxslərdən qorxduğunun heç yarısı qədər Allahdan qorxmurlar… Bu və digər hallar Allahı qəzəbləndirdiyindən, insanlara bəla göndərməyə qərar verib. Lakin, bəla göndərməzdən öncə bu cür qəzalar və zəlzələlərlə xalqa xəbərdarlıq mesajları göndərir ki, tövbə edib, doğru yola dönün; Allahdan, Onun qəzəbinə gəlməkdən qorxun…!

Yeri gəlmişkən, bəla gələndə Nuh qövmünə, Lut qövmünə, Saleh qövmünə… gəldiyi kimi (Quranda təsvir olunduğu formada) gələcək və xalqın vəzifəsindən aslı olmayaraq, böyük əksəriyyətini (təxmini hesablamamıza görə 71 faizini) tutacaqdır. Lakin, bütün dövrlərdə olduğu kimi, Allah yenə də (bəlanı görməzdən öncə) tövbə etmiş, doğru yolda olan bəndələri qoruyacaq və həyat onlarla davam edəcəkdir. Bu dövr bəşəriyyətin kamillik dövrü (yaxud, “Qızıl çağ” dövrü) olacaqdır. Yaxın aylarda başlayacaq “Qızıl çağ” dövründə yaşamaq hər kəsin özündən aslıdır: tövbə edənlər, əməlisalehlər bu gözəl dövrdə yaşayıb, haqqın-ədalətin nə demək olduğunu nəhayət, bu dünyada görəcəklər (onda haqq-ədalət Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin dövründəki kimi olacaq). Kamillik dövrünə keçid silkələnmələrlə, təlatümlərlə ba verəcəkdir ki, bundan da tövbə edib, Allaha sığınmış adamlar sağ çıxacaqlar…

Xəbərdarlığı çatdırdı:
Paşa Yaqub – həkim, elmi-lədun bilicisi
29 avqust 2024