Mənə deyirlər ki, Rusiyaya tüpür… – Batyadan şok

 İndi bizə məsləhət görürlər, hər tərəfdən üstümə tökülürlər: “Burdan geri çəkil, oranı azad et”. Burdan başlayıb belə bitirirlər: “Rusiyaya tüpür, ona arxa çevir. Ukrayna ilə birlikdə Rusiyaya qarşı vuruş. Biz NATO qoşunlarını Smolensk yaxınlığındakı sərhədə gətirəcəyik”.

Bu sözləri Belarus lideri Aleksandr Likaşenko Respublika Pedoqoji Şurasında çıxış edərkən deyib.

O əlavə edib ki, hər tərəfdən ona müxtəlif təkliflər verirlər, ölkə isə bu təkliflərin 99%-ni qəbul edə bilməz.

Lukaşenko bildirib ki, bunları deməklə hansı vəziyyətdə olduqlarını, hansı durumda yaşadıqlarını hamının başa düşməsini istəyir:

“Sizə deyə biləcəyim tək şey budur. Və mən bu gün çox şey deyə bilmərəm: bütün digər suallar mənə aiddir. Öz işinizlə məşğul olun, mən də hökumətdəki həmkarlarımla, yüksək vəzifəli məmurlarla birlikdə işimi görəcəm”.

O qeyd edib ki, Belarus ətrafında indiki kimi mürəkkəb situasiya heç vaxt olmamışdı:

“Amma ölkə dözməlidir! Hamımız suveren və müstəqil olmaq istəyirik. Onu necə saxlamaq olar – hər kəs bu barədə düşünməlidir. Buna hazır olun. Hər şey bizdən – müəllimlərdən başlayır”.