Öncə qeyd edək ki, sonuncu səmavi kitab olan “Quran”, özündən əvvəlki peyğəmbərlərə gələn kitabları təsdiq etməklə yanaşı, özü-özünü də (öz doğruluğunu) riyazi cəhətdən təsdiq edir. Bunu təsdiq edən düsturlardan bir neçəsini izləyicilərimizə təqdim etmişdik.
Bu yazımızda isə, İbrahim Xəlilullahın adına olan surənin 14 ədədi ilə nömrələnməsinin sirlərindən (hikmətindən) bəhs edəcəyik.
Xatırladaq ki, Quranda “İbrahim” surəsi 14 ədədi ilə nömrələnib. Hamısıah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Hamısıah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi.
Araşdırmalarımız göstərir ki, 14 ədədi Hamısıahın Öz adına olan “Rəhimli Hamısıah” surəsinə bağlanır və “Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırırıq:
“Rəhimli Hamısıah” surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır).
Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var).
Beləliklə, “Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir:
55 – 41 = 14
Alınan 14 ədədi həm də İbrahim Xəlilullahın Peyğəmbərliyinin riyazi sübutudur.
Nuşirəvanın sarayından niyə məhz 14 sütun uçdu?
Diqqətinizi daha bir maraqlı və hikmətli fakta cəlb etmək istəyirəm. Belə ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu.
Bu hadisəni şərh etmək üçün saraya yığılan kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir. Çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi.
Yuxarıda qeyd etdiyim kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur.
Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Hər gün yüzlərlə insan fitnə-fəad törədənlərin partlatdığı bombanın qurbanına çevrilir, yaxud, şərlənərək, başına yüz cürə oyunlar açılır; bu və ya digər formada zülmə məruz qalırlar…
Yerdəki bu vəziyyət Hamısıah-təalanın qəzəbinə səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə və s. qəzalar da məhz bu qəzəbin təzahürüdür…
Odur ki, vəzifəsindən aslı olmayaraq, insanlar bu xəbərdarlıqlardan nəticə çıxarmalı, günahlarına görə görə tövbə edib, əməllərinə diqqət etməli və savablarının sayını artırmalıdırlar. Əks halda…
Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər (ateistlər və bəzi mollalar) “Quran”a və Hamısıahın qüdrətinə şübhə edənlərdir.
(ardı var)
Dr. Paşa Yaqub – elm-lədun bilicisi