107 saylı TOVUZ-QAZAX-AĞSTAFA seçki dairəsindən qeydə alınmış deputatlığa namizəd RAMİL GÖYÜŞOV seçkiqabağı təşviqat zamanı TOVUZ rayonunun bır çox kəndlərində suvarma suyunun olmaması və elektrik enerjisinin tez-tez kəsilməsi hallarını müşahidə etmişdir.
Deputatlığa namizəd RAMİL GÖYÜŞOV dərhal problemlərin aradan qaldırılması məqsədilə AZƏRBAYCAN DÖVLƏT SU EHTİYATLARI AGENTLİYİ”nin rəhbəri Zaur Mikayılova və AZƏRİŞIQ ASC”nin rəhbəri Vüqar Əhmədova rəsmi müraciət ünvanlayıb.
Ümid edirik ki, tez bir zamanda Qurumlar mövcud problemin həllinə reaksiya verərlər!