Səttar müəllim, bu gün ayın neçəsidir? – Hesab soranı yox… barı, biz soruşaq…

Millət vəkili statusu qazanmaq adından da göründüyü kimi, millətin vəkili olmaq, millətin hüquqlarını qanunverici orqanın tribunasından müdafiə etmək deməkdir. Yəni parlament üzvü onu seçən millətin haqqını-hüququnu, sözünü, şikayətini, dərdini Millət Məclisindən çatdırır. Ona görə təsadüfi deyil ki, qanunverici orqanın adı da Milli Məclisdir. Yəni milli məsələlərin, millətin məsələlərinin müzakirə olunduğu, xalqın taleyüklü problemlərinin həlli üçün yığıncaq yeridir, millət məclisidir. Amma Azərbaycanda heç də deputatlığa namizəd olan hər kəs mandatı millətin vəkili olmaq üçün istəmir. Bəs, niyə istəyir? – deyək:
Əvvəla, onların xainliyi, hiyləsi, məkrli planı millət vəkili statusu qazanmaqla azı beş il öz şəxsi maraqlarına vəkillik etmək, şəxsi mənafeyini gücləndirmək məqsədi daşıyır. Bu, xalqa, seçiciyə, Milli Məclisə ən böyük hörmətsizlik və təhqiramiz münasibətin göstəricisidir. Çünki sən seçkidən-seçkiyə vətəndaşı yada salırsansa, onda da seçicinin ayağına getməyib, onun dərdini dinləməyib, yalnız deputatlıq adını əldə etmək üçün dəridən-qabıqdan çıxırsansa, bunun adı siyasi riyakarlıq, öz var-dövlətini qorumaq üçün tramlpin kimi istifadə cəhdidir.
Rubrika.Az bildirir ki, onlardan biri 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsindən deputatlığa bitərəf namizəd olan, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasını 30 ildən çoxdur talan edən Səttar Möhbalıyevdir. Səttar Möhbalıyev AHİK sədri kimi müstəqillik tariximizdə ən çox vəzifə tutanlardan biridir və bugünədək də qurumun gəlirləri hesabına ailə biznesini çiçəkləndirmiş, xirtdəyə qədər korrupsiya içində boğulan məmurdur.
Amma görünən odur ki, Səttar Möhbalıyev ailə biznes şəbəkəsini genişləndirmək, ən əsası isə onu möhkəmləndirmək, toxunulmazlığını təmin etmək üçün yenidən mandat almağa ehtiyac duyur. Məhz bu mandat sayəsində Möhbalıyev özünü məsuliyyətdən xilas etməyə, biznesini qorumağa çalışır. Ona görə də Möhbalıyev Babək-Şahbuz-Kəngərli seçicilərini yox, öz biznesinin vəkilliyini əsas tutmaqdadır. Belə desək, mandat ona öz gəlirlərini və böyük biznes səltənətini qorumaqda bir çətir rolunu oynayacaq. Əks təqdirdə, ona nə deputatlıq, nə parlamentdə fəaliyyət, nə də Naxçıvan camaatının problemləri ilə məşğul olmaq lazımdır.
Hazırda sosial şəbəkədən istifadə edən naxçıvanlı seçicilər arasında da bu fikirlər yayılır ki, Möhbalıyev millətin vəkili deyil, biznesinin müdafiəçisi qismində status əldə etməyə can atır. İndiyə qədər də nə seçicilərlə normal görüşləri olub, nə əvvəlki deputatlığı dövründə seçicilərin harayına çatıb, nə də bir AHİK sədri kimi hüquqlarının müdafiəsi istiqamətində iş görüb. Halbuki Möhbalıyevin parlamentdəki həmkarlarından fərqli olaraq, vətəndaşların hüquqlarının müdafiəsi üçün ikiqat səlahiyyəti var. Birincisi, millət vəkili kimi Milli Məclisdə vətəndaşların problemlərini qaldıra, aidiyyatı orqanlara səslənə bilər, ikincisi də, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri olaraq vətəndaşların hüquqlarını qorumaq imkanlarına malikdir. Lakin Möhbalıyev hər iki vəzifə səlahiyyətlərindən yalnız özünün, yaxınlarının, ailəsinin maraqları üçün istifadə edib.
İlk növbədə AHİK sədri kimi istər putyovka, istərsə üzvlük haqqı, istərsə daxil olan büdcə vəsaitlərindən yaxşı yararlanıb, böyük bir korrupsiya mexanizmi qurub. Nəticədə 30 il içində misli görünməmiş səviyyədə varlanıb. Həmçinin, mövcud biznesin toxunulmazlığı üçün mandatdan bir “dəmir günbəz”, yaxud qoruyucu dəbilqə kimi istifadə etməyi bacarıb. Beləliklə, illərlə putyovka biznesindən tutmuş digər məsələlərə qədər əldə olunan gəlirlər hesabına Möhbalıyev böyük sərvətə sahiblənib.
Ancaq burada təkcə onun AHİK sədri vəzifəsində əldə etdiyi korrupsiya imkanları və deputatlıq mandatı rol oynamayıb, habelə, zamanında qurulan geniş siyasi əlaqələr, xüsusən də prezidentin keçmiş köməkçisi, bir sıra intriqaların müəllifi Əli Həsənovla qudalığı da böyük dəstək olub. Əli Həsənov-Səttar Möhbalıyev tandemi nəticəsində illərlə böyük korrupsiya cinayətlərinə yol verildiyi, bu yeyintilərin sayəsində biznes qurulduğu bildirilir. İndisə həmin biznesi qorumaq üçün təkrar mandat lazımdır. Təbii ki, zamanında Əli Həsənovun əlində olan siyasi-iqtisadi imkanlardan geniş istifadə olunub, Möhbalıyev ən yüksək səviyyədə himayə edilib, amma qudası vəzifəsindən qovulan kimi bütün çirkablar üzə çıxıb, tamamilə ifşa edilib.
Sadəcə, səs-küylü dövr başa çatdıqdan sonra Möhbalıyev özünü təmizə çıxarmağa çalışdı, Əli Həsənovla quda olmasına baxmayaraq, AHİK-dəki postunu qorumağa başladı. İndi də yeni fürsət qazandığını və bunun iplərini əldə saxlamağın mümkünlüyünü düşünür. İstisna deyil ki, Möhbalıyev AHİK sədri postu ilə vidalaşır. Onun 30 ildən çox davam edən hökmranlığına son qoyulması ərəfəsindədir, bununla belə, əvəzində öz biznesini qoruya bilmək üçün mandat şansı qazanır. Çünki 30 ildən artıq dövrdə AHİK-i ailə biznesinə çevirmiş Möhbalıyev, deputatlıq mandatı əldə etməsə, o zaman dayaqları ciddi şəkildə sarsıla, barəsində korrupsiya araşdırmaları başlana bilər. Amma parlament üzvü olduğu halda, AHİK-dəki əməllərinə görə cavab verməmək lüksünə sahib olması mümkündür.
Mediada gedən məlumatlarda bildirilir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası növbədənkənar qurultaya hazırlaşır. Qurultayın avqustun 26-da keçirilməsi nəzərdə tutulub. Səttar Möhbalıyev 33 ildir ölkədə 2,5 milyon işçinin əmək haqqından hər ay 1-5 faiz tutur. AHİK-ə ölkənin dörd bir tərəfindən olduqca böyük pullar axır. Bu pullardan vergi tutulmur, pulların hara xərclənməsini yoxlayan bir orqan da olmayıb.Hər il 2.5 milyon işçinin maaşından tutulan 1-1.5 faiz pullarla yanaşı, sanatoriyalar, istirahət mərkəzləri, habelə “putyovka” biznesindən əldə olunan gəlirlərin də üstü açıla bilər.
Onun deputat olmaq dərdi, heç də mandat sevdasından irəli gəlmir. Bu gün deputat olmaq Səttar Möhbalıyevə ona görə lazımdır ki, həm də mal varlığını qoruya bilsin, yoxlamaların miqyasını minimuma endirsin. Bir növ özünü sığortalamaq istəyindədir. Əks təqdirdə, yoxlamalar onun həbsinə belə gətirib çıxaracaq. Misal üçün Bilgəhdə yerləşən Kardiologiya Sanatoriyasında “putyovka” ilə dincəlmək üçün göndərilən vətəndaşlar qalmağa yer tapa bilmirlər. Daha doğrusu, yer var, lakin pulludur. Sözügedən sanatoriyada mövcud olan və Həmkarlar İttifaqı xətti ilə gələn şəxslər üçün evlər var ki, onlar pulsuz verilməli olduğu halda, pulla satılır.
Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır: Səttar Mehbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu, 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilir.
Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara “putyovka” tapmaq müşküldən də müşkül məsələdir. Məsələnin digər tərəfi isə “putyovka”lardan yararlana bilənlərin narazılığıdır. “Putyovka” əldə edə bilənlər bildirir ki, göndərildikləri yerləri səviyyəsi bərbad, xidmət çox aşağı, şərait isə natəmiz olur. Bir sözlə, Möhbalıyev deputatlıq mandatından çətir kimi istifadə edərək özünü qoruya bilməsə, o zaman onun işi heç də yaxşı olmaycaq. Bununla belə, səslənən iddialara və açıqlanan rəqəmlərə, faktlara dair qaşrı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Nicat Mahmudov
Rubrika.Az