“BƏƏ və Aİİ azad ticarət zonası ilə bağlı gələcək saziş üzərində intensiv işləyir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan RİA-ya müsahibəsində deyib.
Eyni zamanda, onun sözlərinə görə, ilin sonuna kimi Aİİ və Monqolustan arasında azad ticarətə dair müvəqqəti ticarət sazişinin imzalanması, yekun mərhələdə İndoneziya ilə danışıqların aparılması planlaşdırılır.
Qeyd olunub ki, Hindistanla oxşar müzakirələrin ilk raundunun yaxın gələcəkdə baş tutacağına ümid edilir.