Ötən aydan bəri Pakistanda başlayan musson yağışları və daşqınlar səbəbilə azı 187 nəfər həlak olub.
Bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qurbanlar arasında 96 uşaq və 30 qadın var.
333 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Qeyd olunub ki, son sutka ərzində yağışlara görə, 24 nəfər həlak olub.