Xaricə gedən vətəndaşların çoxu kişilərdir

2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,1 faiz artıb və 1223,0 min nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 37,8 faiz, Türkiyəyə gedənlərin sayı 19,3 faiz, Rusiyaya gedənlərin sayı 16,2 faiz, Gürcüstana gedənlərin sayı 15,9 faiz artıb.

Azərbaycan vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 21,4 faizi Rusiyaya, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65,0 faizini kişilər, 35,0 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,9 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.