Ölkəmizdə Gənclər və idman siyasəti prioretet istiqamətlərdən biridir. Prezidenit İlham Əliyevin diqqəti və qayğısı sayəsində Olimpiya hərəkatı respublikada geniş vüsət alıb və geniş idman ordusu yaradılıb. Demək olar ki, ölkəmizin hər yerində, hətta ucqar dag royanlarda belə, dövlətimizin başçısının təşəbbüsu və tapşırıgı əsasında ən müasir Olimpiya İdman Kompleksləri tikilərək idmançıların ixtiyarına verilib. Xüsusilə, işgaldan azad edilmiş torpaqlarımızda idman komplekslərinin yaradılması, məskunlaşmadan sonra isə gənclərin bu sahəyə dərindən bağlanmaları mühüm önəm daşıyır.
Göstərilən qaygının məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq uguru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Bu uğurların davamı XXXIII Paris Yay Olimpiya Oyunlarında gəlmişdir. İdmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edən dövlətimiz başçısı deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.
Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik edən ölkə başçısı qyd edib ki, məhz onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş ediblər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq ediblər. Qalib idmançıların məşçilərini də təbrik edən ölkə başçısı federasiyada təlim-məşq prosesinin düzgün qurulmasını, buradakı ab-havanın gözəl olmasını vurğulayıb.
Qeyd edilib ki, olimpiadada iştirak edən Azərbaycan idmançıları beş idman növündə – cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazanıblar. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Beləliklə, hazırda qalib ölkənin vətəndaşları olaraq ölkəmizin qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. İdmançılarımıza isə gələcək yarışlarda uğuqlar və yüksək nəticələr arzulayırıq.
Qadir Mamiyev – veteran idmançı, pedaqoq