İST YDM-lərində ƏN YENİ MÖCÜZƏ… – BU NƏDİ BELƏ?!

“Bu da İST yanacag doldurma məntəqəsinin biabırçılığı… saxtakarlığı!!!” dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında Bakı sakini Şəmsi Həsənov bildirib.

O, iddiasının fotosunu da təqdim edib:

Narazı vətəndaş daha sonra yazır:

“Maşınımın benzin çənində 4,5 litrə yaxın benzin ola-ola, ümumi olaraq 70 litr həcmi olan çənə 73 litr benzin vururlar və hələ də çən dolmur…

Möcüzə yaradırlar bunlar, deyəsən…

70 litrlik çənə 73+ həcmdə benzin vururlar ..

Deyəndə də deyirlər ki, bildirərik müdriyyətə…

Bu qədər də millətin cibinə, haqqına girməyin də…

Sürüfcülərə məsləhətim: DİQQƏTLİ OLUN!”