Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinin şöbə müdiri Azər Məmmədov jurnalistlərə bildirib ki, avqustun 11-i axsam saat 21:20 radələrində Şərur rayon sakini Bəxtiyar Soltanov bədən nahiyəsinin müxtəlif yerlərində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub.
“Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu açıq kəllə beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır”-deyə Azər Məmmədov deyib.