ATƏT nümayəndəsi, seçki üzrə analitik Oleksi Luçkovaxla “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının üzvləri arasında görüş keçirilib.
Reyting.az xəbər verir ki, görüşdə D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı və ekspertlər – sosioloq Əhməd Qəşəmoğlu və politoloq Adəm İsmayıl Bakuvi iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilərlə bağlı müzakirələr aparılıb.
ATƏT nümayəndəsi müvafiq qeydlər götürüb.
Koalisiya təmsilçiləri seçkiqabağı mühiti diqqətlə izlədiklərini bildiriblər.