“Müharibənin ağır şərtlərinə baxmayaraq, Ukrayna bütöv bir nəsildən məhrum oluna bilməyəcək”.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Arzular üçün azad ” adlı Ukrayna gənclər forumunun yekununda deyib.
“Dövlətimiz adından söz verə bilərəm ki ən vacib şey: Ukrayna müharibəyə görə heç bir nəsil itirməyəcək. Xalqımızın ukraynalı gənclərə ehtiyacı var və onlara dövlətimizin təhlükəsizliyini qaytaracağıq”, – Zelenski vurğulayıb.
Ukrayna Prezidenti mühüm və əsaslı ehtiyacların təmin ediləcəyini də vurğulayır: “Bizim gözəl nəsillərimiz və sizin övladlarınız Ukraynada həmişə öz istedadlarını reallaşdırmaq, ilk növbədə ölkəyə lazımlı olduğunu hiss etmək, ailələrini təmin etmək, uşaqlarına necə təhsil vermək imkanı əldə edəcəklər”.