Qalmaqallı deputat QANUN-MANUN HƏRLƏMİR… – BU NƏDİ BELƏ?!

97 saylı Tərtər – Ağdərə – Goranboy seçki dairəsindən Milli Məclisə deputatlığa namizədlər arasında qanun pozuntuları ilə bağlı qalmaqal səngimək bilmir. Artıq baş verən pozuntularla bağlı tərtib olunan protokol və fotofaktlar MSK sədri Məzahir Pənahova təqdim edilib. Dairədə əsas namizədlərdən biri olan Şəhriyar Məcidzadə apardığı müəyyən müşahidələrini sosial şəbəkələrdə ictimai müzakirəyə çıxarıb. O, facebook platformasında apardığı müşahidələrinin qeydlərini belə təqdim edib: “kiçik bir araşdırma kifayət edir ki, burada oturan və Anar Məmmədovun ətrafında gəzən adamların Bərdə, Goranboy və bizim dairəyə düşməyən bölgələrdən gəldiyi müəyyən edilsin. (97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrdən) gələn seçicilər olduğu müəyyən edilsin.

Mən Azərbaycan vətəndaşlarının digər rayonlara getməyinin əleyhinə deyiləm. Amma yaxşı olar ki, onlar öz rayonlarında deputatlarını seçsinlər. Konstitusiyaya görə də belədir. Məsələn, fotoda qırmızı halqa ilə işarələnmiş şəxs Bərdədə çox hörmətli Seyid Yusif Ağanın nəvəsi, Goranboyun keçmiş axundu, xətrini çox istədiyim Səbuhidir. İndi ortaya üç sual çıxır:
1. Tərtərlilərin yerinə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrin sakinləri, o cümlədən bərdəlilərmi səs verəcək?
2. YAP-ın namizədi niyə tərtərlilərdən dəstək ala bilmir?
3. Din xadimləri siyasətəmi gəlir?

Bu fotolarda tanıdığınız adamları mənə yazıb göndərin. Azərbaycan Respublikasının Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Tərtərdə seçici tapmayanda digər rayonlardan kömək çağırmaq lazım deyil.
Mən Tərtərə, Ağdərə və Goranboya mütərəqqi fikirləri, elmi, yaradıcılığı təşviq etmək adına gəlmişəm”.

GundemXeber.Az