“Bu, insanlar üçün elə bir təbliğdir ki, onunla həm qorxsunlar, həm Hamısıahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” Quran, 14:52
Dünən dedim axı, iyunda mənə agah edildi ki, avqustda ölkədə böyük təlatümlər olacaq , özünü şərdən qoru…. Bunu nəzərə alıb, bu ay məzuniyyət götürdüm ki, insanlarla çox təmasda olmayım. Bütün ehtiyyat tədbirlərinə baxmayaraq on gün ərzində məni bir neçə dəfə şərləməyə çalışıblar. Onların şərindən necə xilas olduğumu danışsam ayağınızın altından yer qaçacaq.
Deməli, bugünlərdə küçədə tanımadığım iki qadın qabağımı kəsib, “Bizdən filan qədər pul almısan, tez ol qaytar, yoxsa bu saat zəng edəcəyik, polis gəlib səni aparacaq.”. Gördüm şərbazlara ilişmişəm, dedim Ya Rəbbim, dadıma çat, bular məni şərləyə bilməsinlər. Elə onlar telefona əl atanda mən də əl atdım sumkamda Quran vardı, çıxardım dedim düz deyirsənsə bu Qurana and iç ki, səndən pul almişam. Dedi and içmirəm, amma, pulumu ver.
Əlimi qoydum Quranın üstünə, dedim əgər səndən pul almışamsa, bu Quran üç gün ərzində mənim özümə və balalarıma qənim olsun. Yox əgər məni yalandan şərə salırsınızsa bu Quran üç gün ərzində sizin özünüzə və balalarınıza qənim olsun!
Onlara on beş il qabaq başıma gələn bir əhvalatı da danışdım: adını burada ictimailəşdirmək istəmədiyim yaxın bir yoldaşın otaqdan pulu oğurlanmışdı. Otaqda məndən başqa kimsə olmadığından, həmin adam dirəndi ki, sən götürmüsən. Nə qədər and-aman eləsəm də adam əl çəkmədi və abrımı tökməyə başladı. Mən də naəlac qalıb, ətrafdakı adamları topladım otağa, Quranı götürdüm əlimə, dedim əgər bu adamın pulunu mən götürmüşəmsə üç gün ərzində Hamısıah mənim balalarımı öldürsün; yox əgər adam mənə böhtan atıb abrımı tökürsə, üç gün ərzində bu Quran onun balasını öldürsün! Üç günün tamamında dedilər ki, filankəsin uşağı öldü…. Sonra həmin adam gəlib məndən üzr istəyib yalvardı ki, məni bağışla, daha məni qarğıma…. Buna Hamısıah şahiddir.
Mənim qabağımı kəsən qadınlara dedim ki, mənə şər atdığınıza görə sizin də balalarınızı həmin qaydada Hamısıaha və Qurana tapşırdım. Nəticəsin yaxın günlərdə görəcəksiz! Qadınlar sarsıldılar və nə edəcəklərini bilmədilər. Onlar gözləmədikləri yerdən zərbə almışdılar. Heç nə demədən suyu süzülə-süzülə getdilər….
Ondan sonra bayıra çıxanda Quranı əl çantama qoyuram ki, işi bilmək olmaz. Quransız çölə çıxanda özümü düşmən qabağında duran silahsız əsgər kimi hiss edirəm. Zatən bizim Hamısıahdan və Onun Quranından başqa sığınacaq yerimiz yoxdur. Bugünədək sağ qalmağıma səbəb Odur. İbrahimi oddan, Nuhu sudan, Yusifi zindandan…xilas edən Rəbbim məni də şərdən, böhtandan qoruyur…
Söz ardı: eşitsəniz ki, Paşa Yaqubu həbs ediblər həmin dəqiqədən saatınızı qurun. Bəlli bir saatda Rəbbim Öz hökmün icra edəcək! Onda hara güvənlidirsə Hamısıah məni orada qoruyacaq. Hamısıah ləyaqətini qoruyanları (az sayda insanları) da qoruyacaq. Mömünlər narahat olmasınlar, hər şey yaxşılığa doğru gedir…
“…De: “Sizin tələm-tələsik istədiyiniz əzab mənim əlimdə deyildir. Hökm ancaq Hamısıahındır… Əgər təcili istədiyiniz mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbətdə bitmiş olardı… ” Quran, DAVAR surəsi, 57-58-ci ayələr.
Paşa Yaqub,
Həkim, Elmi-lədun bilicisi