Bir neçə gün əvvəl rəsmi şəkildə məlumat yayıldı ki, bəs Bakı şəhər İcra Hakimiyyətində keçirilən toplantıda məhz yarıtmaz fəaliyyəti səbəbindən paytaxtın iki rayonunun rəhbərliyinə BŞİH başçısı Eldar Əzizov tərəfindən xəbərdarlıq olunub. Və onlardan biri də son günlər adı müxtəlif özbaşınalıq faktlarında hallanan, yasamal rayonunu dədə malı kimi SATIŞA çıxaran sözügedən rayonun icra başçısı Elşad Həsənov idi.
Dia-az.İnfo bildirir ki, məhz bu xəbərin ardından belə bir təəssürat yarandı ki, bəlkə dünənə qədər özünü “bespredel” hiss edən Elşad Həsənov bəlkə özünə yığışa… Amma sən saydığını say, gör, fələk nə sayır…
Müşahdiə olunanı odur ki, bu gün Yasamal rayonu açıq şəkildə müharibə meydanını xatırladır və Elşad Həsənov elə bir küçə qoymayıb ki, orda yolkənarları nədir, hətta səkiləri belə satışa çıxarmasın. Bu gün Yasamalda piyadalara qanad lazımdır ki, təhlükəsiz şəkildə hərəkət etsinlər…
Qeyd edək ki, Dia-az.İnfo-ya da bu qəbildən onlarla şikayət daxil olmaqdadır. Onlardan növbətisində isə belə deyilir:
“Salam. Siz bir neçə gün öncə Yasamal rayonu haqqında yazmışdınız. Xahiş edirik, bizim yaşadığımız Yeni Yasamal Əsəd Əhmədov küçəsindəki durumdan da yazın. Burda gündən-günə çoxalan yolkənarı magazalar, köşklər haqqında da yazın. Gəlin buralara da bir nəzər salın…”
Nə deyirik, oxucumuz çağırdı… biz də gedəcəyik. Bizə qədərsə Yasamal RİH rəhbəri tərpənsə daha yaxşı olar.
Amma ondan bunu gözləmirik. Çünki kimsə umrunda deyil… Özünü rayonun tam qoçusu BİR MAFİYA BABASI kimi aparır…
MAHİFA demişkən… növbəti yazımızda bu məqama da xüsusi nəzər salacağıq. Bizi izləməyə davam edin…