Tehran İsrail tərəfinin hərəkətlərinə layiqli və sərt cavab verəcək.
Bunu “Ordu-2024” forumunda iştirak edən İranın Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat şöbəsinin rəis müavini, briqada generalı Əli Şadmani deyib.
“İranın nöqteyi-nəzərindən, terrorçu qruplaşma HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qətlə yetirməklə bölgədə təhlükəsizlik balansını pozdu. Bunu dünyadakı çoxluq həll etmir, İran kimi güclü bir ölkə özü buna cavab verməlidir. Qisas üsulunu bizim ruhani liderimiz müəyyən edib. Bu, asan bir seçim deyildi”, – deyə o bildirib.
General qeyd edib ki, bu vəziyyətə təsir edən iki amil var – bölgədəki vəziyyət və daxili məsələlərə yönəlmiş ikinci amil:
“Bütün dövlət xadimləri yekdilliklə bu qənaətə gəliblər ki, cavab ləyaqətli və sərt olmalıdır”.
Xatırladaq ki, iyulun 31-də İsmayıl Haniyə Tehranda gecələdiyi evə raketin birbaşa düşməsi nəticəsində öldürülüb.