Böyük Britaniyanın Baş naziri Keyr Starmer ölkədəki iğtişaşlar səbəbindən tətilini ləğv edib.
Bu barədə “İndependet” nəşri məlumat yayıb.
“Keyr Starmer ölkə daxilində baş verən iğtişaşlara görə gələn həftəyə planlaşdırılan tətilini ləğv etdi. O, gələn həftə işləyəcək”, – deyə qeyd olunub.
Milli Polis Rəisləri Şurası avqustun 9-da Böyük Britaniyada antiimmiqrant iğtişaşları zamanı saxlanılanların sayının 595-ə çatdığını bildirib.