Razi Nurullayev qanunları pozaraq seçicilərə şirnikləndirici vədlər verib – VİDEO

Milli Məclisin VI çağırış deputatı, 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev kampaniya başlamamış qanunsuz olaraq təbliğat işlərinə start verib.

Razi Nurullayev seçicilərlə görüş keçirərək, təbliğatını aparıb.

Razi Nurullayev Azərbaycan Respublikası Seçki Məcəlləsibin tələbləribi kobud şəkildə pozaraq, seçicilərə şirnikləndirici vədlər də verib.

Razi Nurullayev bu barədə görüntülərini də sosial şəbəkə hesablarında paylaşmaqdan çəkinməyib.

Xatırladaq ki, sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkilərində namizədlərin təbliğat-təşviqat kampaniyasına avqustun 9-dan start verilir.

Demokrat.az