Türkiyənin xarici işlər naziri Hakan Fidan dünya ölkələrini İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki prosesə qoşulmağa çağırıb.
Bu barədə TASS məlumat yayıb.
“Bütün dünya İsrailə qarşı soyqırım iddiasına qoşulmalıdır. İsraili qeyd-şərtsiz dəstəkləyənlərin hamısı onun Qəzzada törətdiyi cinayətlərə ortaqdır. Qəzzada törədilən cinayətlər cəzasız qalmayacaq, gec-tez onları törədənlər cavab verməlidir”, – o bildirib.