Anar Məmmədov kampaniya başlamamış təbliğata start verib – Namizədliyi LƏĞV OLUNACAQ?

Xəbər verildiyi kimi, sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkilərində namizədlərin təbliğat-təşviqat kampaniyasına avqustun 9-dan start verilir.

Lakin Yeni Azərbaycan Partiyasının 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən olan namizədi Məmmədov Anar İlyaz oğlu artıq təbliğata start verib.

Bu barədə yazıçı Kəramət Böyükçöl sosial şəbəkə hesabında məlumat və foto paylaşıb.

Yazıçı sözügedən fotonun Tərtərin Borsunlu kəndində çəkildiyini yazıb.

Qeyd edək ki, Anar Məmmədov 2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib.

Pravda.Az

Mənbə