Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.
Azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxs revolverin qundağı ilə onların başına vurub. Daha sonra onlara məxsus 90 min avro dəyərində iki ədəd “Rolex” saatını oğurlayıblar.
Qeyd edək ki, Cəfər Hüseynzadə 2022-ci ilin oktyabrında Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.(Haqqin)